Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirildi

15:19

27 İyun

lady gaga

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi törədilib.

 

Primetime.az“Report”a istinadən xəbər verir ki, 40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.

 

Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.

 

Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.

 

Faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilir.

Sizə maraqlı ola bilər