Gürcüstanda Azərbaycana məxsus avtomobil yandı – FOTO

18:17

8 Noyabr

lady gaga

Gürcüstanda Azərbaycan dövlət nömrə nişanlı “Mercedes Vito” markalı avtomobil yanıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə Tbilisi-Qırmızı körpü yolunda qeydə alınıb.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəqliyyat vasitəsinin mühərrikində baş verib. Yanğınsöndürən maşın hadisə yerinə gələnə qədər yaxınlıqdakı insanların köməyi ilə yanğın söndürülüb.

 

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım maşını cəlb olunub.

 

Avtomobilin mühərrikinin yeni dəyişdirildiyi bildirilir.

 

Sizə maraqlı ola bilər