7 qaz hədiyyə etdilər, 100 min qazandı – FOTOLAR

14:59

14 Mart

lady gaga

2014-cü ildə aldığı toyuqların yanında hədiyyə edilən 7 qazı çoxaldan Halis Katman adlı şəxs 100 min dollarlıq qazanc əldə edib. 

 

Primetime.az xəbər verir ki, maraqlı hadisə Türkiyənin Aksaray bölgəsində baş verib. Belə ki, Katman verdiyi açıqlamada “2014-cü ildə ilk olaraq 150 ədəd toyuq alıb qanadlı heyvan yetişdirməyə başladım. İstanbulda bir fermadan aldığım toyuqların yanında istəmədiyim halda 7 qaz verdilər” deyib.

 

Aldığı qazların zamanla gəlir mənbəyinə çevrildiyini bildirən Katman “fərqlilik olsun deyə aldığım qazları yaşadığım kəndə gətirdim. Sayları 10, daha sonra 20 oldu. Sürətlə çoxalmağa başladıqda qazın hansı şərtlərdə istismar edildiyini araşdırdım. Çoxaltdığım qazları Türkiyədə bazara çıxardım və ölkə xaricində də tələb olduğunu gördüm. 2018-ci ildə 250 qazı İraqa göndərdim. Daha sonra bu rəqəmi artıraraq tam 2500 ədən qaz ixrac edərək 100 min dollar qazanc əldə etdim” – deyə əlavə edib.

 

Sizə maraqlı ola bilər