“Hər bizimlə işləyənlə ailəvi dostluq etmirik” – Oqtay Əliyevdən Tünzaləyə

14:38

11 Oktyabr

lady gaga

“Allah ona şəfa versin. Bəzi adamlar var ki, ictimailəşməsini rəvac bilib, istəyir ki, ona yardım olunsun. Eləsi də var istəmir. Məsələn, Fuad Poladov xəstələnən gündən nə efirə çıxdı, nə telefonlara cavab verdi. Heç kimdən yardım istəmədi. Heç kim onun haqqında nəsə pis deməyib”. 

 

Primetime.az xəbər verir ki, bu sözləri “Səhər-səhər” proqramında qonaq olan  “Soy” prodakşının rəhbəri Oqtay Əliyev xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva barəsində deyib:

“Bu insan isə istəyir ictimailəşsin, yardımlar alsın. Bu da bu yolu seçdi. Bizim aramızda soyuqluq yaranmayıb. Mənim üçün sıravi aktrisalardan biridir. Layihələrdə istifadə etdik, işlədi, indi işləmir. Hər bizimlə işləyənlə ailəvi dostluq etmirik. Niyə ondan inciyim ki?”.

Sizə maraqlı ola bilər