“Hər şey indi başlayır” nümayiş olunub

13:15

9 Yanvar

lady gaga

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Hər şey indi başlayır” adlı Amerika savaş komediya filminin premyeradan öncə nümayişi keçirilib.

Sloqan “Yığıncağımız isti olacaq” filmin macəra ilə dolu olmasına işarədir. Filmin rejissoru Ron Şeltondur. Əsas rollar Morgan Freeman, Tommy Lee Jones və Rene Russo kimi tanınmış aktyorlara verilib.

Bir vaxtlar iri cinayətkar qruplaşmaların parlaq vəkili olan Dyük, şahidlərin müdafiəsi proqramı altında olarkən Kapridə möhtəşəm villada, qonaqları üçün dəlisov bayramlar keçirərək və adi günləri parlaq Jazz-a çevirərək əylənir.

Bir gün Milad bayramı ərəfəsində sabiq FTB agenti Leo villaya gəlir və hər şeyi alt-üst edir. Lakin sən demə, hər şey hələ indi başlayır: Leonun ardınca villaya Leo və Dyükda incikləri qalan mafiya nümayəndələri də gəlir.

Sizə maraqlı ola bilər