Həyat yoldaşı və dost xəyanəti. “İkinci Pərdə” təqdim olundu – FOTOLAR

10:52

15 Noyabr

lady gaga

Ötən gün Flame Towersdə yerləşən Park Cinema kinoteatrında “İkinci Pərdə” filminin təqdimat mərasimi baş tutub.

“O2 Media”nın ərsəyə gətirdiyi filmin baş rollarını Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov və Qorqud Cəfər canladırıb.

Filmdə eyni zamanda, Rövşən Ağayev, Ziya Ağa, Elşən Hacıbalayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zaur Şəfiyev, Azər Aydəmir və Tural Əhməd rol alıb.

Kinoteatrın bir neçə zalında eyni anda nümayiş olunan ekran işi hər kəs tərəfindən bəyənilib.

Filmdə həyat yoldaşına xəyanət edən qadın obrazını canlandıran aktrisa Günay Əhməd ekran işinin nümayişindən sonra hisslərini dilə gətirib:

“Tərəf müqabillərim ilə işləməkdən böyük zövq aldım. Hər birimizin həyatında Tima, Samirə və Arif kimi insanlar var. Çox istərdim ki, onlar bu filmə baxdıqdan sonra özləri üçün nəticə çıxarsın.

Əslində ekran işini izləyənlər Samirə və Arifi qınayacaq. Amma düşünürəm ki, burada Timanın da gühanları var. Emil şahiddir ki, son günə qədər Samirəyə heç cür haqq qazandıra bilmirdim. İnanırdım ki, əgər aktrisa obraza haqq qazandıra bilmirsə onu oynaya bilməz. Amma son gün obrazımla razılaşdım. Amma bu onun etdiyi hərəkətə bəraət qazandırmır”.

“İkinci Pərdə”nin Arifi aktyor Qorqud Cəfər filmdə çəkilməkdən böyük zövq aldığını bildirib:

“Mənfi qəhrəmanlar xəyanəti sevmir. Hər bir insan müəyyən yerə çatanda müxtəlif köməklər olur və talehi dəyişir. Mənə bu işdə müəllimim Çingiz Rəsulzadə kömək etdi. “Kuklalar” filminin rejissorudur. Hər dəfə mənə qalxmaqda kömək edib. Ömrümün axırına qədər ona minnətdar olacağam.

Bu filmdə olmağımdan və döyülməyimdəm böyük zövq aldım”.

Teymur Məmmədov

Fotolar: Nurlan Gülməmmədov

PrimeTime.Az

Sizə maraqlı ola bilər