Həyat yoldaşına xəyanət edərkən ölən şəxsə təzminat veriləcək

11:52

11 Sentyabr

lady gaga

Fransanın paytaxtı Parisdə işlədiyi şirkət tərəfindən səyahətə yollanan və burada bir qadınla intim münasibət zamanı infarkt keçirərək ölən mühəndis Xavier X. adlı şəxsə təzminat ödəniləcək.

 

Primetime.az xəbər verir ki, hadisə 2013-cü ildə baş verib. Belə ki, evli olan Xavier X. Meung-sur-Loire şəhərinə iş səyahətinə yollanıb. O, qaldığı oteldə intim münasibət zamanı həyatını itirib. Hadisədən sonra sözügedən şəxsin ailəsi şirkəti məhkəməyə verib. Bu gün nəticələnən məhkəmə ölümün “iş qəzası” olduğunu bildirərək şirkət və dövlətin mühəndisə təzminat ödənməsinə qərar verib. Qərara görə, şirkət mühəndisin təqaüdə çıxacağı tarixə qədər alacağı maaşın 80%-ni ailəyə ödəyəcək.

 

Şirkət rəsmiləri isə verdiyi açıqlamada mühəndisin həyat yoldaşına xəyanət etdiyini, şirkətin onun için tutduğu oteldə yox, başqa bir oteldə öldüyünü və bundan şirkətin məsul tutulmalı olmadığını qeyd edib.

Sizə maraqlı ola bilər