Hacıqabul sakini göldə batıb

18:40

11 İyul

lady gaga

Hacıqabul rayon sakini göldə batıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

 

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

 

Əlavə məlumat veriləcək.

Sizə maraqlı ola bilər