Hündürlükdən yıxılaraq ağır xəsarət alan fəhlə xəstəxanada öldü – YENİLƏNİB

20:21

11 Fevral

lady gaga

Hacıqabul rayonunda hündürlükdən yıxılan fəhlə xəstəxanada ölüb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, Rəhman Cəlilovun həyatını xilas etmək mümkün olmayıb.

 

*** 18:40

 

Hacıqabul rayonunda fəhlə hündürlükdən yıxılıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə Gilan Seramik Zavodunda qeydə alınıb.

 

Belə ki, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Rəhman Cabbar oğlu Cəlilov hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun komatoz vəziyyətdə olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.

 

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər