Hacıqabulda qəza baş verib, ölü və yaralı var

10:42

18 İyun

lady gaga

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

Primetime.az-ın APA-ya istinadən məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı “10 CC 011” dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü – Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər