“Hadisə harada, Tahirə orada” – Yeni veriliş

14:51

14 Noyabr

lady gaga

Tanınmış jurnalist Tahirə Məmmədqızı müəllifi və aparıcısı olduğu “Hadisə harada, Tahirə orada” verilişi start götürüb.

Space TV-də yayımlanan proqramın ilk bölümü ötən həftənin bazar günü efirə gedib.

“Hadisə harada, Tahirə orada”nın ilk mövzusu Bakıda baş vermiş qətl hadisəsi olub.

Belə ki, Sabunçu rayonunda 23 yaşlı, 2 uşaq anası Tünzalə Elşad qızı Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nazim Fəxrəddin oğlu Vəliyevin başına meyvəqabını çırpıb. Nəticədə, N. Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb.

Verilişin qonaqları hüquqşünas Tahir Əlirzayev, sosioloq Əhməd Qəşəmoğlu, psixoloq Rafiq Allahverdiyev və jurnalist Zakirə Zakirqızı olub.

Sizə maraqlı ola bilər