“Hamı elə bilir ailəliyəm” – Uzun zaman “yoxa çıxan” Xəyalə Manaflı – VİDEO

16:16

27 İyun

lady gaga

Müğənni-aparıcı Xəyalə Manaflı “Boş anlar” verilişin qonağı olub.

 

Primetime.az xəbər verir ki, uzun müddətdir efirlərdən uzaq düşən ifaçı imicində dəyişiklik edib. O, uzun qara saçlarını kəsdirərək, ön hissəsini sarı rəngə boyatdırıb. Şəxsi həyatından söz açan Xəyalə hələ də ailə həyatı qurmadığını qeyd edib:

 

“Hamı elə bilir ki, ailəliyəm. Hətta bir neçə övladım olduğunu hesab edənlər də var. Mən əgər ailə həyatı qursaydım, bundan heç bir kəsin xəbəri olmazdı? Hər hansı bir sayt onu mütləq dərc edərdi. Bu hamıya maraqlı gələrdi. Artıq evdəkilərin, qohumların təkidlərinə öyrəşmişəm. Hamının fikri odur ki, qızxeylağı ərə getməlidir. Bu fikri normal qəbul edirəm. Amma Allahın qisməti deyilən bir şey var. Müəyyən yaşa qədər evlənmək üçün həvəsli olursan, qarşındakı insanın 5 müsbət, 15 mənfi xüsusiyyətinə göz yuma bilərsən. Amma yaşa dolduqca sənin xasiyyətin formalaşır. Evdə hamıya tapşırıq vermişəm ki, mənə oğlan axtarmayın. O, istəsə özü məni tapacaq. Mənim üçün əsas insan olmağı önəmlidir”.

 

Sizə maraqlı ola bilər