Heç nə apara bilmədilər, fermaya od vurdular – Azərbaycanda oğrulardan ŞOK əməl – VİDEO

20:54

12 Fevral

lady gaga

Göyçay rayonunda ferma yanıb.

 

Primetime.az-ın “Xəzərxəbər”ə istinadən məlumatına görə, yanğın hadisəsi gecə Göyçayın Şahsoltanlı kəndində baş verib.

 

Belə ki, kənd sakini Əmirov Mustafa Qanı oğluna məxsus heyvan fermasında başlayan alov qısa zamanda genişlənərək xeyli ərazini əhatə edib. Dərhal əraziyə FHN-nin Göyçay və ətraf rayonların yanğından mühafizə hissəsinin 5 maşın və canlı qüvvəsi cəlb olunub.

 

Fermerin sözlərinə görə, yanğın zamanı 1200 kvadratmetr ərazinin 400 kv m hissəsi və 20 tondan çox ot bağlaması yanıb. Hadisə vaxtı fermada olan heyvanlar çölə çıxarılıb. Ferma sahibinin sözlərinə görə, yanğından əvvəl fermaya oğrular girib, niyyətlərinə çatmayan şəxs və ya şəxslər fermaya od vuraraq aradan çıxıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər