Həmyerlisini güllələyərək öldürdü

17:03

12 İyun

lady gaga

Beyləqan sakininin güllələnərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Beyləqan rayon Prokurorluğundan Primetime.az-a verilən məlumata görə, Ağayev Ramil Sakit oğlu şəxsi münasibətlər zəminində həmyerlisi Məmişov Elmir Əliyar oğlunu tək lüləli ov tüfəngi ilə bir dəfə atəş açaraq qətlə yetirib.

 

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub və istintaq tədbirləri davam etdirilir.

 

R.Ağayev şübhəli şəxs qismində saxlanılıb.

Sizə maraqlı ola bilər