Hərbi hissəyə andiçmə mərasiminə gedən şəxs qəzaya düşdü: ölən var

12:04

10 Fevral

lady gaga

Beyləqanda ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında baş verib.

 

Primetime.az “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.

 

Nəticədə “Ford”da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

 

Həmçinin məlum olub ki, “Ford”da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.

Sizə maraqlı ola bilər