Heydər Əliyev Mərkəzində 200-dək unikal musiqi aləti sərgilənəcək

10:07

12 Sentyabr

lady gaga

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır.

 

Bu barədə Primetime.az-a Mərkəzdən məlumat verilib.

 

Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtı ilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti… Heydər Əliyev Fondunun bir necə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisində təqdim ediləcək.

 

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə – Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstan aid musiqi alətləridir.

 

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

 

Ekspoziyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

 

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.

 

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

 

Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

 

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.

 

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücunu təsəccüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılmsı baxımından geniş imkan yaradır.

Sizə maraqlı ola bilər

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı mübarizə Komitəsinin rəhbəri ilə görüşüb – FOTO

0:00

24 Sentyabr

Sosial

Sosial

Qazax rayonunda mərmi aşkarlanıb

23:59

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (RMRİ) sədri, müfti Ravil Qaynutdinin 60 illik yubileyinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, QMİ sədri müfti Ravil Qaynutdini 60 illik yubileyi və yenidən Rusiya müsəlmanlarının müftisi, RMRİ-nin sədri seçilməsi münasibəti ilə təbrik edib. Qeyd edək ki, bu gün Moskvanın “Sülh” prospektində yerləşən Cümə Məscidində Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib. 500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMRİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi də qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib. Ravil Qaynutdin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib. Xatırladaq ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə – sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

23:40

23 Sentyabr

İdman

İdman

Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında çıxışlarını başa vurublar

23:20

23 Sentyabr

DÜNYA

DÜNYA

Vladimir Putin Ermənistana səfər edəcək

22:59

23 Sentyabr

DÜNYA

DÜNYA

Suriyalı bir qrup şəxs Ukrayna voleybol komandasının formasını geyinib sərhəddi keçməyə çalışdılar

22:39

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov: “Ermənistanın bəyanatları beynəlxalq hüququn pozulması yolunu davam etdirdiyini sübut edir”

22:15

23 Sentyabr

Sosial

Sosial

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

21:59

23 Sentyabr

Sosial

Sosial

Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək

21:44

23 Sentyabr

MAXIMUM

MAXIMUM

“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub

21:24

23 Sentyabr