Hicablı qadınları təhqir etdiyi deyilən Deniz Çakır məhkəmədən sonra ilk dəfə danışdı – VİDEO

19:46

11 Yanvar

lady gaga

Hicablı qadınları təhqir etdiyi iddia olunan türkiyəli məşhur aktrisa Deniz Çakır məhkəmə çıxışı açıqlamalar verib.

 

Primetime.az xəbər verir ki, 37 yaşlı hənətçi heç kəsi təhqir etmədiyini və haqqında yayılan iddiaların əsassızolduğunu bildirib:

 

“Heç kimi qadın-kişi, hicablı-hicabsız, həyat tərzi, dini inancları üçün ayırmadım. Tam əksinə, birləşdirmək üçün sosial layihələrdə yer aldım. Mənim bu günə kimi duruşum, etdiklərim bəllidir. Ayırmaq üçün deyil, birləşdirmək üçün mübarizə apardım. Haqqımda deyilənlərinin heç birini də etmədim. İfadə də verdim. Əslində, bu suçlamalar mənim bu günə qədər etdiklərimə tərsdir və heç yaraşmadı. Bir sənətçi qadını hicablı, yaxud hicabsız olduğu üçün ayırmaz”.

 

Xatırladaq ki, hadisənin İstanbuldakı bir alış-veriş mərkəzinin kafesində baş verdiyi deyilir. İddialara görə, sərxoş halda olan Deniz Çakır kafedə oturan 6 gənc qızın yanına yaxınlaşaraq “Burada nə işiniz var? Bura Ərəbirstandırmı?” deyərək onlara sataşıb. Dostları xanım aktrisanı çətinliklə sakitləşdirib. Həmin hicablı qadınlar isə aidiyyatı orqanlara müraciət edərək D. Çakırdan şikayətçi olublar. Artıq İstanbul Prokurorluğuda aktrisa ilə bağlı istintaq başlayıb.

Sizə maraqlı ola bilər