Hindistanda dəhşətli hadisə: 6 nəfər qıza atasının yanında təcavüz etdi

14:20

11 Fevral

lady gaga

Hindistanda qandonduran hadisə yaşanıb. 

 

Primetime.az xəbər verir ki, Kişanganj şəhərinə bağlı olan kənddə 19 yaşlı qız atasının gözləri önündə təcavüzə məruz qalıb. Belə ki, 6 nəfər qızın yaşadığı evin qapısını döyərək su istəyib. Lakin qız su vermək istəyərkən sözügedən şəxslər onu qolundan tutaraq çölə çıxarmaq istəyib. Hadisəyə əngəl olmaq istəyən qızın atası qızı ilə birlikdə kimsənin olmadığı əraziyə aparılıb. Gecə saat 2 radələrində baş verən hadisə zamanı 6 nəfər atasının gözü qarşısında gənc qıza təcavüz edib.

 

Verilən məlumata görə, polis əməkdaşları həmin dəstədə olan Məhəmməd Kasım adlı şəxsi saxlayıb. Digərlərinin də tapılması üçün axtarış əməliyyatı davam etdirilir.

 

Məlumat üçün bildirək ki, 2018-ci ildə Hindistanın 1400 təcavüz hadisəsi baş verib.

Sizə maraqlı ola bilər