Hindistanda “sıçovul qızdırması” yenidən yayılıb

10:44

14 Sentyabr

lady gaga

Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb. Bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

Məlumat üçün bildirək ki, Hindistanda “sıçovul qızdırması” adlandırılan bu xəstəlik ölkənin cənub-qərbindəki Kerala ştatında insanların su ilə yoluxması səbəbindən yayılıb. Bu bölgədə musson yağışlarının yaratdığı daşqınlar xəstəliyin su yolu ilə yayılması hallarını daha da artırıb.

Verilən məlumata görə, 1 avqust-3 sentyabr tarixləri arasında leptospirozdan təxminən 40 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.

Sizə maraqlı ola bilər