89 yaşlı həkimdən ŞOK ƏMƏL – bu yolla 49 uşağı var

15:39

15 Aprel

lady gaga

Hollandiyada maraqlı hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, klinikalardan birində işləyən Yan Karbat adlı həkimin süni mayalanma zamanı öz spermlərindən istifadə etdiyi və beləliklə 49 uşağın atası olduğu ortaya çıxıb. Şübhəli vəziyyət Karbatın 2o17-ci ildə 89 yaşında vəfat etməsindən öncə ortaya çıxıb. Yaranan skandaldan sonra sözügedən şəxs 60-a yaxın uşağın atası olduğunu qəbul edib.

 

Lakin klinikada müalicə olunan xəstələrdən 49-nun şikayəti barədə cümə günü qərar verilib. Belə ki, 49 ailə ilə Karbatdan alınan nümunələr DNT testinə göndərilib. Nəticədə 49 uşağın atasının Karbat olduğu təsdiqlənib.

 

49 uşağı təmsil edən vəkil Tim Bueters isə verdiyi açıqlamada uzun illər boyunca davam edən qeyri-müəyyənlikdən sonrakı nəticələrdən razı olduğunu bildirib.

Sizə maraqlı ola bilər