Hotel sahibi məşhur blogeri ələ saldı: “Get özünə düzgün iş tap”

16:47

22 Yanvar

lady gaga

İrlandiyanın paytaxtı Dublində fəaliyyət göstərən bir hotellə bloger arasında qalmaqal yaşanıb.

Məşhur britaniyalı bloger Ell Darbi “Charleville Lodge” hotelinə elektron məktubla müraciət edərək təklif edib ki, beş günlük onu orada qonaq etsinlər. Bloger bunun qarşılığında hoteli bir çox sosial şəbəkədə reklam edəcəyini bildirib. Lakin hotelin sahibi Paul Stenson blogerin bu təklifindən imtina edib. Daha sonra onun məktubunun fotosunu çəkərək ictimailəşdirib. O, blogerə özünə iş tapmağı, pul qazanmağı, daha sonra hoteldə qalmağı məsləhət görüb.

Bunu görən E. Darbi video çəkərək məsələyə aydınlıq gətirib. Bloger belə təklifi başqa məkanlara da etdiyini və heç vaxt mənfi reaksiya görmədiyini qeyd edib.

Bundan sonra hotel rəsmi facebook səhifəsində başqa paylaşımlar da edib və blogerləri belə təkliflərlə müraciət etməkdən imtina etməyə, əvəzində özlərinə normal iş tapmağı, digər insanlar kimi bütün xidmətlərin ödənişi edərək hotellərdə qalmağa səsləyib.

Stenson blogerə pulsuz reklam üçün təşəkkür edərək onu ələ salıb.

Sizə maraqlı ola bilər