Hüsniyyə Mürvətova Amaliya Pənahova haqda: “Çox ağrılı xəbər idi” – FOTO

13:08

8 Noyabr

lady gaga

Xəbər verdiyimiz kimi xalq artisti Amaliya Pənahova bu gün vəfat edib.

 

Amaliya Pənahovanın cənazəsi yuyulmaq üçün Təzəpir məscidinə gətirilib.

 

Primetime.az-a açıqlama verən əməkdar artist Hüsniyyə Mürvətova bildirib ki, onun ölüm xəbəri çox ağırdır: “O, bizim üçün ana idi. Çox ağrılı xəbər idi. Bizə hər şeyi öyrədib. İstər bir pedaqoq kimi, istərsə də bir valideyn kimi. Heyif ki, son 20 ildir heç bir premyeralara getmirdi. Bundan sonra da görə bilməyəcək. Çox heyif”.

 

Sərvər Mehtiyev

Foto: Kərim Abbasov

Sizə maraqlı ola bilər