“Hz. Məhəmməd” mövzusunda yarışma təşkil ediləcək

12:00

13 İyun

lady gaga

Hollandiya Beynəlxalq Mühafizə və Terrorla Mübarizə üzrə koordinator Dik Skuf, “Hz. Məhəmməd” mövzusunda karikatura yarışmasının keçirilməsinə icazə verib.

Holland karikatur Gert Vilders, verdiyi açıqlamada yarışmanın və sərginin, parlament binasının qapalı hissəsində təşkil olunacağı üçün mühafizə baxımından risk olmadığını deyib.

Vilders, parlament binasında ildə bir gün tədbir təşkil etmək haqqını karikatura üçün istifadə etmək məqsədilə Hollandiya parlament spikeri Hatice Aribə müraciət edib. Lakin o, məsələyə müsbət cavab verən spikerin daha sonra prossesi uzatdığını bildirib. G. Vilders, Aribin müsəlman olduğunu dilə gətirərək “Məhəmmədə olan sevgisi, düşüncə azadlığından daha çoxdur” deyə fikir bildirib.

İslam dünyasında Hz. Məhəmməd təsvirinin yaradılmasının xoş qarşılanmaması səbəbi ilə, yarışmada mühafizə probleminin olması da istisna deyil.

Sizə maraqlı ola bilər