İbrahim Tatlıses Sibel Canın konsertində ağladı – FOTOLAR

11:28

12 Oktyabr

lady gaga

Türkiyənin məşhur müğənnilərindən olan Sibel Can İzmirdə konsert proqramı ilə çıxış edib. 

 

Primetime.az xəbər verir ki, konsertdə iştirak edən İbrahim Tatlıses bəzi mahnıları eşidəndə göz yaşını tuta bilməyib. Belə ki, konsertdə İbrahim Tatlıses də tamaşaçı qismində olub. Bəzi mahnıları eşidəndə ağlayan İbrahimə yaxınılaşan Sibel Can “Ağlamaq olmaz, sənə heç yaraşmır” deyib.

 

İfaçı onu dinləməyə gələn İbrahimə “burada olmağın şərəf və qürurdur. Allah səni başımızdan əksik etməsin. Yenə həmişə olduğu kimi qarşında həyəcanımı hiss etdirmədən mahnı oxumağa çalışacam. Hamının heyran olduğu sənətkarsan, bu gecə bütün alqışlar İmperator üçündür” deyib.

 

Daha sonra sənətçi İbrahimə yaxınlaşıb və birlikdə “Yalan” mahnısını ifa ediblər. Tatlısəsin ağladığını görən Can deyib: “Ağlamaq olmaz, bu sənə yaraşmır. Daha yeni başlayır. Əla hazırlıqlar var və bunu dərk edirəm. Sizi çox yaxından izləyirəm. Ən qısa müddət ərzində Tatlısəsin albomunda yenə birlikdə olacağıq”.

Sizə maraqlı ola bilər