İbrahim Tatlısesdən gözlənilməz addım: efir zamanı evlilik təklif etdi – VİDEO

20:41

9 Noyabr

lady gaga

Türkiyəli məşhur müğənni İbrahim Tatlıses daha bir maraqlı hadisə ilə gündəmə gəlib.

 

Primetime.az xəbər verir ki, 66 yaşlı ifaçı efir zamanı keçmiş həyat yoldaşı Ayşegül Yıldıza evlilik təklif edib.

 

Müğənni bunu “Kanal D” kanalının “2-ci həhifə” verilişində edib. Efirə telefonla bağlanan İ. Tatlıses proqramda qonaq olan A. Yıldıza yenidən evlənmələrini təklif edib.

 

Bu istəyə konkret cavab verməyən xanım isə ifaçı ilə telefon əlaqəsi dayandıqdan sonra bu sözləri deyib:

 

“Biz yenidən bir araya gələ bilmərik. Mənim ona hörmətim və sevgim sonsuzdur, amma o da, mən də yenidən bir araya gələ bilmərik. Duyğu, romantika baxımından əlaqəmiz bitib. Bir araya gəlsək belə, yenə ayrılmalı olacağıq.  Yenidən başlamağa ehtiyac yoxdur”.

 

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayında evlənən cütlük 2013-cü ilin noyabrında boşanıb. Onların Elif Ada adlı bir qızı da var.

Sizə maraqlı ola bilər