Azərbaycanlı idmançı ABŞ-da dünya çempionu oldu – FOTOLAR

16:06

9 Noyabr

lady gaga

Amerikanın Florida ştatında “Powerlifting” üzrə Dünya çempionatı keçirilib.

 

Primetime.az xəbər verir ki, baş tutan yarışda Azərbaycanı təmsil edən idmançı Rövşən Xəlilov rəqiblərini geridə qoyaraq birinci yerə çıxıb. Belə ki, o öz çəki dərəcəsində çempion olub. Rövşən öz hesabına iki qızıl medal yazdıraraq, okeanın o tayında himnimizi səsləndirib:

 

“Dövlət bayraq günündə və eləcə də öz doğum günümdə  Allah mənə bayrağımızı qaldırmağı nəsib etdi. Özü də harada “Powerlifting” idman növünün vətəni olan Amerikada. Azərbaycan bayrağı bütün bayraqlardan yüksəyə qalxdı. Fəxr edirəm ki, bu sevinci yaşadım”.

 

Sərvər Mehtiyev

 

Sizə maraqlı ola bilər