İftar süfrəsində qalmaqal yaşandı

15:00

14 İyun

lady gaga

“Yıldızlı Şarkılar” albomu ilə böyük bir müvəffəqiyyətə imza atan Yıldız Tilbe, öncəki gün Baltalimanı adlanan ərazidə sənətçi dostların üçün  iftar süfrəsi təşkil edib.

Albomda yer alan Merve Özbey, Mabel Matiz, Koray Avcı, Elif Kaya, Emrah Karaduman, İlyas Yalçıntaş kimi bir çox sənətçidən əlavə Rober Hatemo, Aslı Hünel və Suat Suna kimi məşhurlar da iftara qatılıb.

Lakin albomda olan “Kış Güneşi” mahnısını həm Hande Yenerin, həm də Niran Ünsalın oxuması iftarda qalmaqala səbəb olub. İftardan öncə müxbirlərə açıqlama verən Yıldız Tilbe mahnılarını kimlərin oxuduğuna qarışmadığını bildirib.

Sənətçinin “Yalnız çiçek” mahnısını ifa edən Aleyna Tilki Amerikada olduğuna görə iftar süfrəsinə gələ bilməyib. A.Tilki ilə  “Skype” vasitəsilə görüntülü danışan Yıldız Tilbe ona dərin təşəkkürünü bildirib.

 

Sizə maraqlı ola bilər