İki kişi yolun ortasında yatıb qaldı, böyük tıxac yarandı – FOTO

20:55

9 Noyabr

lady gaga

Tovuz rayon “Avtovağzal”ı yaxınlığında, nəqliyyatın sıx hərəkətdə olduğu avtomobil yolunda bir müddət böyük tıxac yaranıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, buna şəxsiyyətləri hələ ki, məlum olmayan iki orta yaşlı kişinin sərxoş vəziyyətdə yolun ortasında yatmaları səbəb olub.

 

Bəzi avtomobil sürücüləri nəqliyyat vasitələrini saxlayaraq onları oradan çətinliklə uzaqlaşdırmağa çalışıblar. Vətəndaşlar tərəfindən yol kənarına gətirilən sərxoş şəxslər yenidən yola çıxaraq qəza şəraiti yaradıblar. Əraziyə “təcili tibbi yardım” briqadası çağırılıb. Hər iki şəxsə sakitləşdirici vurulduqdan sonra onlar xəstəxanaya aparılıb. Hazırda onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər