“İki Şəhərin Yazıları” adlı kitabın təqdimatı olacaq – FOTO

14:00

4 Sentyabr

lady gaga

7 sentyabr saat 16:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək.

 

Primetime.az xəbər verir ki, “İki Şəhərin Yazıları” rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusudur.

 

Ramil Əhməd Bakını İstanbula, İstanbulu Bakıya aparan yazılarla çıxış edir. Bakıdan dünyaya çıxışın, İstanbuldan özünəqayıdışın mədəni, kultroloji, fəlsəfəsi esselərin də məna simmetriyasını formalaşdırır.

Həyatı sənətin gözlüyü ilə seyr etməyin və bu baxışın yaratdığı yazıda var olmağın alternativ gözəlliyi iki şəhərin mədəni vəziyyətinə, melanxolik təbiətinə işıq salır.

Sizə maraqlı ola bilər