İlham Əliyev banqladeşli həmkarına başsağlığı verdi

15:17

23 Fevral

lady gaga

Azərbaycan Prezidenti İlham ƏliyevBanqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə başsağlığı məktubu ünvanlayıb.

Primetime.az xəbər verir ki, mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Sizə maraqlı ola bilər