İlham Əliyev və xanımı Pənahovanın vida mərasimi ilə bağlı tapşırıq verdi

14:04

9 Noyabr

lady gaga

“Bu gün Azərbaycan ictimaiyyətə çox ağır itki üz verib. Cəmiyyətin verdiyi reaksiyadan bəlli olur ki, teatra çox dəyər veririk. Amaliya xanım Azərbaycan teatrı üçün əvəzolunmaz şəxslərdən biri idi. Şöhrət və şərəf ordenli unudulmaz bir aktrisa idi. O, uzun sürən xəstəlikdən sonra vəfat edib”.

 

Primetime.az xəbər verir ki, bunu xalq artisti Amaliya Pənahova ilə vida mərasimində Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev deyib:

 

“Nargilə” obrazı onun ilk rolu olub. 28 il bu səhnədə müxtəlif obrazlar yaradıb. Müstəqilliyin ilk illərində Bakı Bələdiyyə Teatrını yaradıb. İki həftə öncə gəlib bu teatrda məşqlərə baxıb, daha sonra xəstəxanaya gedirmiş. Cəmiyyətdə böyük nüfuza malik idi. O, nəinki Azərbaycanda, həmçinin, beynəlxalq arenada da Azərbaycanı təmsil edirdi.

 

Azərbaycan ona xüsusi dəyər verirdi. Onun yaradıcılığı Azərbaycan tarixində əbədi yer tutacaq. Bu gün o, haqq dünyasındadır. Yaratdığı obrazlar, onun tələbələri daim ürəyimizdə yaşayacaq.

 

Məndə olan məlumata görə, rəhbəri olduğu Bakı Bələdiyyə Teatrının məşqlərinə müalicə aldığı xəstəxanadan çıxıb gələrək nəzarət edirdi. Dünən xəbəri eşidən kimi, hörmətli prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başsağlığı verdi və vida mərasiminin yüksək səviyyədə keçirilməsi barədə tapşırıqlar verdi. Allah ona rəhmət etsin”.

 

FOTO: Kərim Abbasov

Sizə maraqlı ola bilər