İlk DOST mərkəzi nə vaxt yaradılacaq? – Nazir müavini açıqladı – VİDEO

20:58

14 Avqust

lady gaga

İlk DOST mərkəz bu il yaradılacaq. Bunun üçün öncə pilot rayon seçiləcək. DOST Mərkəzlər sosial sahədə indiyədək mövcud olan problemləri həll etmək və bütün xidmətləri vahid mərkəzdən insanlara göstərmək üçün yaradılıb.

 

Bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli deyib.

 

Nazir müavini ilk DOST Mərkəzin fəaliyyətə başlayacağı vaxtı da açıqlayıb.

 

Mətin Kərimli bildirir ki, hazırda hansı xidmətlərin DOST Mərkəzlərdə olması ilə bağlı ciddi araşdırmalar aparılır. Məqsəd maksimum çox xidməti bir mərkəzdə toplamaqdır.

 

Onu da qeyd edək ki, DOST Mərkəzlərin bütün Azərbaycan ərazisini əhatə etməsi planlaşdırılır. Məqsəd bu xidmətisosial sahədə bir brendə çevirməkdir.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər