İlon Mask Marsa uçacaq gəminin fotosunu paylaşdı – FOTOLAR

13:52

11 Yanvar

lady gaga

İş adamı İlon Mask və “SpaceX” şirkəti “Starship” kosmik gəmisinin ilk sınaq uçuşunu həyata keçirməyə hazırlaşır.  

 

 

Primetime.az xəbər verir ki, sözügedən Mars layihəsi 2020-ci ildə başlayacaq. Belə ki, “SpaceX”ın qurucusu İlon Mask “Twitter” hesabından kosmik gəminin fotolarını paylaşıb. İlon Maskın verdiyi açıqlamaya görə, kosmik gəminin orbital versiyası daha hündür, dərisi isə daha qalın və qırışsız olacaq.

 

 

Məlumat üçün bildirək ki, bu gəmi ilə ilk olaraq yapon milyarder Yusaku Maedzava Aya uçacaq. Onunla birlikdə daha səkkiz nəfər göyərtədə yer alacaq. Həmin şəxslər incəsənət musiqi, kino və moda sahələrinin nümayəndələridir.

Sizə maraqlı ola bilər