İmişlidə ev, Xaçmazda tövlə yanıb

19:59

13 Avqust

lady gaga

İmişli və Xaçmaz rayonlarında yanğın hadisəsi qeydə alınıb.

 

Primetime.az FHN-ə istinadən xəbər verir ki, İmişli rayonunda ümumi sahəsi 350 m² olan ikimərtəbəli 5 otaqlı evdə bir ədəd soyuducu yanıb.

 

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xaçmaz rayonunun Əzizli kəndində ümumi sahəsi 65 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 15 ton ot bağlamasının 6 tonu yanıb. Ot bağlamlarının və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə maraqlı ola bilər