İmişlidəki dəhşətli qətlin təfərrüatları məlum oldu – Qaynı arvadını başqa kişi ilə gördü və… – YENİLƏNİB

16:25

14 Aprel

lady gaga

İmişli şəhərində iki azyaşlı uşaq anası Vahidə Məmmədovanın qətlinin təfərrüatları məlum olub.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, hadisəni törədən İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu həmin gün həmkəndliləri – 1995-ci il təvəllüdlü Cəlalzadə Hikmət Rasim oğlu və 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu ilə sonuncuya məxsus “Mercedes-BENZ”markalı, 99 CF 146 dövlət nömrə nişanlı avtomobilə 2018-ci ilin noyabr ayında tanış olduğu V. Məmmədovanın qaynı arvadı 1996-cı il təvəllüdlü 2 uşaq anası Məmmədova (Nağıyeva) Ayşən Mirhəsən qızı ilə yaşadıqları ünvanda növbəti dəfə görüşə gəlib.

 

O. Seyidov onunla birgə gələn H. Cəlalzadə və A. Surxayzadədən Ayşənin Məmmədov Emin Mustafa oğlunun yaxınlıqda işlətdiyi mağazaya nəzarət etmələrini və əgər o, evə gələrsə, bu barədə ona xəbər vermələrini xahiş edib. Daha sonra O. Seyidov A. Məmmədovanın yaşadığı evə gəlib, onunla otaqda intim münasibətdə olarkən V. Məmmədova onları bir yerdə görüb. A. Məmmədova həmin vaxt mobil telefondan A. Məmmədovanın əri E. Məmmədova zəng edərək məlumat vermək istəyib. Bunu görən O. Seyidov bir neçə dəfə yumruqla, daha sonra isə A. Məmmədovanın həyətdən gətirdiyi taxta parçası ilə  V. Məmmədovanın boyun və baş nahiyələrinə zərbələr endirib. V. Məmmədovanın həmin zərbələrdən ölmədiyini görən O. Seydov onun ölmədiyini bildikdən sonra əynindəki gödəkçədən istifadə edərək onu boğaraq qətlə yetirib. Sonra isə meyiti A. Məmmədovanın gətirdiyi sintetik torbaya qoyub, yoldaşları H. Cəlalzadə və A. Surxayzadəyə zəng edərək avtomobili həmin Evin həyət darvazası yaxınlığına sürmələrini xahiş edib. O. Seyidov H. Cəlalzadə ilə köməkləşərək meyit olan torbanı avtomobilin yük yerinə yerləşdiriblər. Sonra da meyiti Araz çayının üzərindən keçən körpüdən çaya atıblar.

İmişli rayon Polis Şöbəsinin əməkdaşları O. Seyidov, H. Cəlalzadə, A. Surxayzadə və  A. Məmmədovanı saxlayıb.

 

Faktla bağlı cinayət işi başlayıb, araşdırmalar aparılır.

 

*** 14.00

 

İmişlidə qətl hadisəsi baş verib.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib.

 

Daha sonra meyiti torbaya qoyaraq Araz çayına atıb. Meyit bir saat əvvəl çaydan çıxarılaraq İmişli morquna təhvil verilib.

 

Qətlə yetirilən qadının əri Məmmədov Ümüdvar Mustafa oğlu meyiti aparan maşının Anar adlı sürücüsünü bıçaqlayaraq ağır xəsarət yetirib.

 

Sonuncu İmişli rayon Xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin baş vermə səbəbi qətlə yetirilən qadının bir evdə yaşadıqları qaynı arvadının başqası ilə görüşməsindən xəbər tutması olub.

 

Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Sizə maraqlı ola bilər