İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib

20:59

13 Avqust

lady gaga

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

 

Primetime.az-ın Apa-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

 

Qeyd edək ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Sizə maraqlı ola bilər