“Instagram”dan daha bir yenilik

16:59

10 Yanvar

lady gaga

Dünya miqyasında ən çox istifadə edilən sosial platformalardan biri olan “Instagram” daha bir yenilik təqdim edir.

 

Primetime.az xəbər verir ki, “self-regram” adlı funksiya birdən çox hesabı olan istifadəçilər üçün nəzərdə tutulub. Belə ki, birdən çox “Instagram” hesabınız varsa və bunlardan ikisinə və daha çoxuna giriş etmisinizsə, bir paylaşım edərkən sonuncu mərhələyə gəldikdə birdən çox hesabda paylaşma seçimi təqdim ediləcək. Bununla da bir paylaşımı birdən çox hesabda eyni anda paylaşmaq imkanı olacaq. Lakin sözügedən funksiyanın reklam işi ilə məşğul olan insanlar üçün daha yararlı olduğu düşünülür.

 

Qeyd edək ki, “self-regram” hələlik sadəcə İOS sistemində işləyəcək.

 

Sizə maraqlı ola bilər