İnsult xəstəliyindən əziyyət çəkən xalq artisti: “Heç bilmədim ömrüm necə gəlib-getdi”

13:58

9 İyul

lady gaga

Uzun zamandır ki, beynin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artisti Ramiz Əzizbəyli “Xəzər maqazin”ə müsahibə verib.

 

Primetime.az xəbər verir ki,  aktyor səhhəti ilə bağlı açıqlama verib:

“Bu yaxınlarda 70 yaşım tamam olacaq. Allaha şükür ki, yaxşıyam, şikayətim yoxdur. Heç bilmədim ömrüm necə gəlib-getdi. Məhsuldar işçiyəm. İdmançı həyatı yaşamışam. Şair, kafedra müdiri olmuşam. Bundan artıq nə deyim?”

Xalq artisti bu yaxınlarda baba olduğunu da bildirib:

“Qız var idi, indi də oğlan oldu. Qızımın övladı dünyaya gəldi. Rəhmətə gedən qardaşım Seymurun adını qoymuşam”.

 R. Əzizbəyli daha sonra “Bəxt üzüyü 2” filmindən də danışıb. O ekran işini bəyənmədiyini bildirib:
““Bəxt üzüyü 2” filminə baxmışam, xoşuma gəlməyib. Film bir dəfə çəkilər. “Bəxt üzüyü 1” filmində  mahnı oxumuşam, şeirlərini, ssenarisini yazmışam. Tam səlahiyyətli müəllifiyəm.  Allah rəhmət eləsin, Vaqif Səmədoğludan icazə aldım, ssenarisini yazdım”.

Sizə maraqlı ola bilər