İranda ŞOK qadağa: qadınların futbola baxmağı haramdır

10:17

18 Oktyabr

lady gaga

İranda qadınlara futbol oyunlarına getmək yenidən qadağan olunub.

 

Primetime.az xəbər verir ki, ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri müvafiq bəyanatla Tehranda keçirilən İran-Boliviya yoldaşlıq oyunundan bir gün sonra çıxış edib. Montazeri qadınların stadionda futbol oyunu seyr etmələrinin əleyhinə olduğunu bildirib.

 

O, mövzu ilə əlaqədar “Biz müsəlman dövlətiyik, müsəlmanlarıq. Qadın stadionda yarıçılpaq kişiləri idman geyimində görəndə, bu, günaha gətirib çıxarır. Əgər bu bir daha baş versə, Tehran prokuroruna tədbir görməyi tapşıracağam” – deyib.

Sizə maraqlı ola bilər