İranda ticarət gəmisi batdı – FOTOLAR

16:36

19 Mart

lady gaga

İranda bədbəxt hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, ölkənin cənubunda Hörmüzqan vilayətinin Şəhid Rəcayi limanında 153 konteyner daşıyan ticarət gəmisi batıb. Verilən məlumata görə, hadisə gəminin limana yanaşdığı vaxt olub.

Hadisə şahidlərinin sözlərinə görə, gəmi batarkən hindistanlılardan ibarət olan ekipaj heyəti suya düşüb.

 

İran Dəniz və Liman Əməliyyatları Müdir Köməkçisi Hadi Hakşinas, verdiyi açıqlamada dənizə düşən konteynerlərin çıxarılması üçün əməliyyat başladığını deyib.

Sizə maraqlı ola bilər