İrem Derici, Ziynet Sali, Sinan Akçıl azərbaycanlı bəstəkarın mahnılarını ifa edəcək – FOTO

12:43

12 Mart

lady gaga

Tanınmış azərbaycanlı bəstəkar Zülfi Bədəlov Türkiyənin məşhur müğənnisi Sinan Akçılın dəvəti ilə İstanbula yollanıb.

Bəstəkar Türkiyənin bir çox öndə gedən müğənnisinin çalışdığı “DMC” musiqi şirkəti ilə işbirliyi qurub.

İfaçılıqdan əlavə, həm də musiqi prodüseri kimi fəaliyyət göstərən Sinan Akçıl Z.Bədəlovun 4 mahnısını almaq fikrindədir. Bəstəkarın yazdığı mahnılar qardaş ölkənin ən məşhur müğənniləri İrem Derici, Ziynet Sali, Serdar Ortaç və Murad Dalkılıçın ifasında səslənəcək.

Qeyd edək ki, Zülfi Bədəlov yerli ifaçılarımızdan xalq artisti Aygün Kazımova, müğənnilər Günay İbrahimli, Elnur Məmmədov, Zamiq, Rahidə Baxışova, Vüsal Hacıyev, Rəqsanə və.s  üçün də hit mahnılar bəstələyib.

Teymur Məmmədov

Sizə maraqlı ola bilər