İrlandiyada müsəlman qıza hücum: yumurta atıb, hicabını çıxardılar – VİDEO

13:54

21 Avqust

lady gaga

İrlandiyada xoşagəlməz hadisə qeydə alınıb.

 

Primetime.az xəbər verir ki, paytaxt Dublinin şimalında yerləşən Dundrum qəsəbəsində bir qrup gənc küçədə 14 yaşlı müsəlman qıza hücum edib. Qızı yerə yıxaraq təpikləyən gənclər başındakı hicabı zorla çıxararaq ona yumurta atıb. O anları hücuma məruz qalan yeniyetmə mobil telefonu ilə qeydə alıb.

 

Polis hadisə bağlı araşdırma başladığını və iqrçilərin axtarışda olduğunu bildirib. İrlandiya Mədəniyyət və İrs naziri Josefa Madigan verdiyi açıqlamada “Ədalətin tezliklə yerini tapmasını və günahkarların qısa müddətdə saxlanılmasını ümid edirəm. Dundrumda baş verən hadisəni ən güclü şəkildə qınayıram” – deyə qeyd edib.

Sizə maraqlı ola bilər