İrlandiyada qadın jurnalist öldürüldü – FOTO

16:19

19 Aprel

lady gaga

Şimali İrlandiyada baş verən qarşıdurmalar zamanı 29 yaşlı jurnalist Layra Makki öldürülüb.

 

Primetime.az xəbər verir ki, polisin məlumatına görə, hadisənin məsuliyyəti İrlandiya Respublika Ordusuna aid ola bilər. Polis hadisəni terror aktı olaraq araşdırmağa başlayıb. Qeyd edilib ki, Makki yaralı halda xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, qarşıdurmalar irlandiyalı millətçi-katoliklərin britaniyalılara qarşı 1916-cı ildə Dublin üsyanının ildönümünü qeyd etdiyi, “pasxa həftəsonu” ərəfəsində baş verib.

Sizə maraqlı ola bilər