İşgüzar təkliflər ala bilərsiniz – Günün qoroskopu

9:00

12 Sentyabr

lady gaga

Qoç – vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın.

Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır.

Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.

Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz.

Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin.

Buğa – asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin.

Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür.

Əkizlər – tələsməyin, səbrli olun. Bu günün yaratdığı imkanlar ilk baxışdan sərfəli təsir bağışlasa da, niyyət və ya planınızın reallaşması üçün daha uğurlu məqam ola bilər.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır.

Ailədə kiçik fikir ayrılıqları istisna deyil. Soyuqqanlı olun, ovqatınızı pozmayın.

İş yerini dəyişmək və ya köç üçün əlverişli zaman deyil.

Xərçəng – qüvvələrinizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar.

Sizi dərhal anlayacaqlarına bel bağlamayın. Necə və hansı formada dəstək almaq istədiyinizi aşkar deyin.

Günün ikinci yarısında reallaşa biləcək anlaşma və ya sövdələşmələrdən böyük gəlir gözləməyin. Gördüyünüz işə görə pulu sonradan alacağınıza hazır olun. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir.

Şir – mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir.

Rəqabət mübarizəsinə qatılmamağa çalışın. Əks təqdirdə çox qüvvə sərf edəcəksiniz, nəticələr isə əhəmiyyətli olmayacaq.

Yaxınlarınız və dostlarınızla ünsiyyətdə üstünlüyünüzü əyan etməyə can atmayın. Belə davranış xoşagələn deyil.

Səbrsiz olmayın, hisslərin təsiri altında düşünülməmiş addım atmayın.

Qız – pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil.

Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq.

Yaşlı qohumlarla ünsiyyət, ailəvi tədbirlərin təşkilatı üçün pis gün deyil. Qəfil romantik etiraf istisna deyil. Şəxsi həyatınızda köklü dəyişiklik başlana bilər. Uzaqda yaşayan qohumlar özlərini xatırladacaqlar.

Tərəzi – hadisələrin əvvəlcədən planlaşdırdığınız məcra ilə getməməsi sizi sinirləndirməsin. Situsiyanı dəyişmək üçün yetərincə enerjiniz var. İşgüzar həyatla bahəm şəxsi münasibətlərdə təşəbbüskar olun. Əməlləriniz ilk baxışdan xaotik və düşünülməmiş təsir bağışlaya bilər. Fəqət, qarşınıza qoyduğunuz məqsədə doğru dürüst addımlar atın. Ən başlıcası isə qərar və addımlarınızın səbəblərini yaxın ətrafınızdakı insanlara izah etməyi unutmayın.

İş və kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar yaranır.

Biznesi genişləndirmək və ya fərqli sahə seçmək üçün əlverişli zamandır.

İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin.

Əqrəb – qəbul etdiyiniz qərarlar və atdığınız addımların sonuclarını əvvəlcədən düşünməyə çalışın. Sonradan peşmançılıq hissi yarada biləcək iş görməyin.

Təcrübəli şəxslərin dediklərinə qulaq asın. Məsləhət verənlər arasında həmkarlar, dostlar, qohumlar ola bilər.

İş yerini dəyişmək və ya köç məsləhət deyil. Ənənəvi şərait daha münasibdir.

Ailə məsələlərinin həllində iradəli və qətiyyətli olun. Sadəcə, öz mövqeyinizi dürüst hesab etməyin. Sözlərinizə fikir verin, çünki sərt və ya düşünülməmiş kəlmələr yaxınlarınızın qəlbinə dəyə bilər.

Oxatan – işgüzar sahə ilə yanaşı, qeyri-kommersiya fəaliyyətində yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Öz maraqlarınızın tam təminatına çalışmaqla yanaşı, yaxın ətrafınızdakı insanların da mənafelərini nəzərə almağı unutmayın. Tanıdığınız insanlar arasında sizə müttəfiq və ya tərəfdaş ola biləcək şəxslər var.

Rəğbət bəslədiyiniz insanların dediklərini qulaqardına vurmayın. Yeni iş və ya layihədə birgə fəaliyyət üçün potensial şəxsləri seçin.

İşgüzar fəaliyyətdən fərqli olaraq, şəxsi münasibətlərdə durum harmonik deyil. Qısqanclıq, səbəbsiz əndişə, qarşılıqlı iradlar yox deyil.

Sakit olun, təmkinli davranın. Sağlam məntiq sizə sonrakı fəaliyyət məcrasını göstərəcək.

Oğlaq – ən yüksək səviyyədə işgüzar danışıqların aparılması, məmurlar və dövlət qurumlarının mənsubları ilə görüşlər, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.

Qüvvələrinizə əmin olun. Məqsədə doğru inamla irəliləməyə davam etsəniz, niyyətinizə çata bilərsiniz.

İnformasiya, istehsal və emal sahəsində çalışırsınızsa, ciddi uğurlara nail olacaqsınız.

Axşam saatlarına yaxın dostlarla görüş sizi sevindirəcək. Qohumlarla dil tapmaq asan deyil.

Mövcud problemlərin nə qədər ciddi olduğunu qohumların anlamadıqlarını düşünməyin. Hər şey göründüyü kimi deyil.

Dolça – günün ilk yarısı əlverişlidir. Başladığınız bütün işlərdə, o cümlədən çətin problemin həllində məhsuldar fəaliyyət zamanıdır. Maliyyə məsələlərinin həllində çətinliklər yaranmayacaq. Yetərincə informasiya və ya məlumatınız olmasa belə, necə fəaliyyət göstərməyin gərəkdiyini sizə intuisiyanız deyəcək.

Danışıqlar pis keçmir. Mühüm məsələləri görüşlə yanaşı, telefon danışıqlarında da müzakirə etmək olar.

Günün ikinci yarısı gözlənilən qədər uğurlu deyil. İşdə və evdə problemlər yarana bilər. Müşküllərlə çətinliklər ciddi, irimiqyaslı deyil. Soyuqqanlı olun, təmkininizi pozmayın, səbrli davranın.

Balıqlar – əlverişli və uğurlu gündür. Başladığınız işlərdə uğur qazana bilərsiniz. Sizə verilən tapşırıqları vaxtında bitirmək üçün diqqətinizi fəaliyyət sahəsinə yönəldin.

Maraqlı işgüzar təkliflər ala bilərsiniz.

Nüfuzlu müttəfiqlərlə əlaqələrin yaradılması da istisna deyil.

Amma unutmayın ki, sizə kimsə könüllü şəkildə yardım edən deyil.

İstənilən xidmət və yardımın əvəzini vermək gərəkdir.

Alış-veriş, sövdələşmə, danışıqlar üçün əlverişli zamandır. Heç gözləmədiyiniz halda gəlir əldə edə bilərsiniz. Köhnə dostlarla görüş, yaşlı qohumlarla ünsiyyət xoş təəssürat yaradacaq.

Sizə maraqlı ola bilər

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı mübarizə Komitəsinin rəhbəri ilə görüşüb – FOTO

0:00

24 Sentyabr

Sosial

Sosial

Qazax rayonunda mərmi aşkarlanıb

23:59

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (RMRİ) sədri, müfti Ravil Qaynutdinin 60 illik yubileyinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, QMİ sədri müfti Ravil Qaynutdini 60 illik yubileyi və yenidən Rusiya müsəlmanlarının müftisi, RMRİ-nin sədri seçilməsi münasibəti ilə təbrik edib. Qeyd edək ki, bu gün Moskvanın “Sülh” prospektində yerləşən Cümə Məscidində Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib. 500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMRİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi də qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib. Ravil Qaynutdin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib. Xatırladaq ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə – sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

23:40

23 Sentyabr

İdman

İdman

Azərbaycan ağırlıqqaldıranları dünya çempionatında çıxışlarını başa vurublar

23:20

23 Sentyabr

DÜNYA

DÜNYA

Vladimir Putin Ermənistana səfər edəcək

22:59

23 Sentyabr

DÜNYA

DÜNYA

Suriyalı bir qrup şəxs Ukrayna voleybol komandasının formasını geyinib sərhəddi keçməyə çalışdılar

22:39

23 Sentyabr

MAXIMUM

MAXIMUM

Elmar Məmmədyarov: “Ermənistanın bəyanatları beynəlxalq hüququn pozulması yolunu davam etdirdiyini sübut edir”

22:15

23 Sentyabr

Sosial

Sosial

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

21:59

23 Sentyabr

Sosial

Sosial

Azərbaycanın daha 12 rayonunda səyyar gübrə satışı keçiriləcək

21:44

23 Sentyabr

MAXIMUM

MAXIMUM

“Azərpoçt”un Salyan filialına yeni rəis təyin olunub

21:24

23 Sentyabr