İŞİD-də qoşulan çempionun faciəsi: öldü, həyat yoldaşını da başqasına verdilər – FOTO

19:48

14 Noyabr

Dünya idmanında daha bir məyusedici hadisə yaşanıb.

 

lady gaga

Belə ki, Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.

 

“RİA Novosti”nin yazdığına görə, bu barədə Ufa şəhərindən olan idmançının bacısı Olqa Lapşina məlumat verib. O bildirib ki, 2002-ci ildə İslam dinini qəbul edən 36 yaşlı idmançı 2015-ci ildə həyat yoldaşı və 3 uşağı ilə birlikdə Suriyaya yollanmışdı.

 

O, 2016-cı ilin martında həlak olub və onun həyat yoldaşı Rufina da bir müddət əvvəl 4 uşağı ilə birlikdə Suriyadan qayıdıb.

 

O da bildirilir ki, Rufina ərinin ölümündən sonra orada başqa şəxslə ailə qurub və bu evlilikdən onun 4-cü uşağı dünyaya gəlib.

 

Qeyd edək ki, 2006-cı ildə Rusiya çempionu titulunu qazanan Vyaçeslav Lapşin 2005 – 2009-cu illərdə keçirdiyi 9 döyüşün 5-dən qalib ayrılıb.

Sizə maraqlı ola bilər