İsmayıllıda AĞIR QƏZA: ölənlər var

14:55

14 Aprel

lady gaga

İsmayıllı rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllının Lahıc qəsəbəsi və Şamaxının Dəmirçi kəndini birləşdirən avtomobil yolunda qeydə alınıb.

 

“BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Oğuz rayonu Padar kənd sakini 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və Masazır qəsəbə sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Məlumata görə, görə Lahıc-Dəmirçi avtomobil yolu yüksək dağlıq ərazidən keçir və sürücü yağışlı havada tanımadığı yolda hərəkət edərkən idarəetməni itirib və nəticədə faciəli qəza baş verib.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə maraqlı ola bilər