İsmayıllıda İNTİHAR cəhdi: özünü evin ikinci mərtəbəsindən atdı

21:55

21 May

lady gaga

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

 

Primetime.az ONA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

 

Rayon sakini, 1982-ci il təvəllüdlü Məlikov Zaur Ağaməmməd oğlu yaşadığı evin 2-ci mərtəbəsindən özünü aşağı atıb. O, ayağın sınığı, döş qəfəsin əzilməsi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər