İsrail fələstinlilər barədə: “O qədər insanı həbs edə bilmərik deyə öldürürük”

15:52

17 May

lady gaga

Xəbər verdiyimiz kimi, İsrail əsgərləri ABŞ-ın Qüdsdə səfirlik açmasına qarşı etiraz aksiyası keçirmək istəyən və “böyük fəlakət”-in 70-ci ildönümünü qeyd edən fələstinlilərə atəş açıb.

Bütün dünyanın diqqət mərkəzində olan bu hadisədə 63 nəfər ölüb, 3188 nəfər yaralanıb.

İsrailin bu addımı beynəlxalq aləmdə əks-səda yaratsa da, ölkənin mövqeyi dəyişilməz qalıb. Belə ki, İrlandiya kanalı “RTE” xəbər portalının müxbirinin “Niyə qəzzalıları vurursunuz?” sualına İsrail hökümətinin sözçüsü Miçal Mayan “Çünki biz minlərlə insanı həbs edə bilmərik” deyə cavab verib.

Onun bu sözləri birmənalı qarşılanmayıb.

Sizə maraqlı ola bilər