İstanbulun yeni aeroportundan Bakıya biletin QİYMƏTİ açıqlandı

14:41

12 Oktyabr

lady gaga

İstanbulun yeni hava limanından Bakıya aviabiletin qiyməti açıqlanıb.

 

Primetime.az xəbər verir ki, hər iki istiqamətdə (gediş-dönüş) biletin qiyməti 99 ABŞ dolları təşkil edir. Bakıda da biletlərin satışına artıq başlanıb. Yeni aeroportdan Ankara və Antalyaya (gediş-dönüş) biletlərin qiyməti isə 59 türk lirəsidir.

Məlumat üçün bildirək ki, İstanbulun yeni hava limanından Bakıya ilk reys 2018-ci il noyabrın 1-i yerli vaxtla saat 15:55-də həyata keçiriləcək. Bakıdan geriyə uçuş isə noyabrın 2-si saat 08:53-də baş tutacaq.

 

Qeyd edək ki, İstanbulun yeni hava limanından ilk reys oktyabrın 31-i Ankaraya icra olunacaq.

 

Sizə maraqlı ola bilər