İstirahətə gedən qadın turistin üstünə ağac aşdı – Azərbaycanda

19:44

12 İyul

lady gaga

Oğuza istirahətə gedən qadın turust xəsarət alıb.

 

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərova Nigar Yusif qızı açıq kəllə-beyin travması və sol bud sümüyünün sınığı xəsarəti ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan bildirilib ki, N. Cəfərova Oğuzda dağlıq-müşəlik ərazidə istirahət edərkən onun yaxınlığında olan iri gövdəli ağac aşıb. Yıxılan ağacın budaqlarından biri ona xəsarət yetirib. N. Cəfərova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməkdən ötrü Qəbələ Diasnostika Mərkəzinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

\\APA

Sizə maraqlı ola bilər